Dünya Deltadan güclü və ölümcül ştamm görməyib - Pandemiyanın sonu gəlirmi?

19:07 - 14 Oktyabr 2021

Dünya Deltadan güclü və ölümcül ştamm görməyib - Pandemiyanın sonu gəlirmi?

Delta pandemiyanın sonuncu ştammı olacaqmı?

Mütəxəssislər hələ ki, Deltanı sıxışdırıb aradan çıxaracaq güclü mutasiya olmadığını bildirir.
O, hələ də dominant virusdur və nəticədə Covid mövsümi xəstəliyə çevrilir. Bu isə hər halda pis nəticədir. Çünki belə bir ştammın dünyaya qənim kəsilməsi insan üçün təhlükəlidir.

Manşet.az xəbər verir ki, alimlər hələ dünyanın bu vaxta qədər Delta qədər yoluxucu və ölümcül ştamm görmədiyini deyir.

“Çox güman ki, o digər variantları meydana buraxmayacaq. Bütün bundan sonrakı variasiyalar populyasiyada yer tutmayacaq. Hazırda dünyada yoluxmanın 90% i Delta-nın payına düşür.

ABŞ Elmi Akademiyasının üzvü, akademik Yevgeniy Kunin botexnoloji forumda çıxışında bildirib ki, Delta çox dayanıqlıdır, öz adaptasiya landşaftına malikdir.

Təbii qanunauyğunluq budur ki, virus bu landşatfa nə qədər yüksəyə qalxıb, orqanizmə adaptasiya olursa, bir o qədər sahibinin, yəni insanın populyasiyasına adatpasiya olursa, bir o qədər patogenliyi azalır və getdikcə zəifləyir. Delta kifayət qədər güclüdür, orqanizmə asanlıqla öyrəşdi, çox insana yoluxdu, dünyanın 80%-ni əhatə etdi, bundan sonra onun dəyişməsi, daha da güclənməsi mümkün deyil.

Epidemiya geci-tezi bitəcək. Hər şeyin bir sonu var. Yeni ştamların yaranması üçün lazım olan vaxt bitdi. Delyta 3 aydan çoxdur meydandadır. Deməli, daha güclü mutasiyanın yaranması da gözlənilən deyil.

Lakin epidemioloq Eduard Şunkov qeyd edib ki, mövsümi qrip virusları ilə bəhsə-bəhsə girən koronavirus mutasiya ola bilər, qrip və mövsümi infeksiyalar kovidə rəqibdir. Hazırda qrip virusu ötənilkinə nisbətən daha çox özünü biruzə verir, bu da koroanvirusun dominantlığını azaldır.

Koronavirus liderliyini qorumaq üçün qripi sıxışdırmaq yolunda daha güclü mutasiyaya uğraya bilər. Hələ ki, Delta qripdən üstündür. Vaksinasiyanı artırmaq lazımdır ki, kütləvi immunitet yaransın, koronavirus mövsümi xəstəliyə çevrilsin.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin