Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
19:04 - 14 Oktyabr 2021
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və qrupun üzvləri Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının nümayəndələri ilə görüşüblər.
Manşet.az xəbər verir ki, Soltan Məmmədov Azərbaycanın 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını 44 günlük Vətən müharibəsi nəticəsində azad etməsindən bir il keçdiyini diqqətə çatdırıb.
O, bu ərəfədə Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyası üzvlərinin Azərbaycana səfərinin vacibliyini qeyd edib.
Soltan Məmmədov Azərbaycan-Fransa əlaqələrinin mövcud vəziyyətindən söz açıb.
Soltan Məmmədov azad edilmiş ərazilərdə Azərbaycanın apardığı quruculuq və bərpa işlərinə mane olan mina sahələri və onların təmizlənməsi problemindən bəhs edib.
Vurğulanıb ki, Ermənistan bütün mina xəritələrini Azərbaycana təqdim etsə, on minlərlə vətəndaşımızın həyatı və sağlamlığı təhlükədən xilas olar, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesi sürətlənər.
Fransanın Piyadalar əleyhinə minaların ləğv edilməsi üzrə Milli Komissiyasının prezidenti Jerar Şenel təmsil etdiyi komissiya haqqında, minalar və partlamamış döyüş sursatları problemi ilə bağlı Fransanın təcrübəsi barədə məlumat verib, bu sahədə Azərbaycanla əməkdaşlıq niyyətlərini açıqlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin