Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
18:09 - 14 Oktyabr 2021
2020-ci il aprelin 29-da daxil olan məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Qobu qəsəbəsi, “Xoş gəldin” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Leyla Bəkirovanın meyitini aşkar ediblər.
Manşet.az xəbər verir ki, Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxs qismində qadının həyat yoldaşı Anar Bəkirov dindirilib. O bildirib ki, doğulduğu Ağsu rayonundan Bakı şəhərinə köçüb və əvvəl şadlıq evində xidmətçi işləyib, daha sonra şəxsi iş qurub. 2014-cü ildə sosial şəbəkədə Leyla adlı qızla tanış olub. Telefonda səsini eşidəndə qızın əmisi nəvəsi olduğunu bilib. Bir müddət görüşəndən sonra 2017-ci ildə ailə qurublar və nikahdan qızları dünyaya gəlib.
Qardaşı Elvin ona Qobu qəsəbəsində həyət evi alıb. Hadisə baş verən tarixədək həmin ünvanda yaşayıblar. 2020-ci ilin əvvəllərində Leyla ona ikinci uşağa hamilə olduğunu deyib. Bu barədə ailə üzvləri və qohumları da bilib.
Aprelin 29-da, axşam Leylaya başını yumaq üçün su qoymasını tapşırıb. Başını yumaq istəyərkən yoldaşından su tökməsini xahiş etdikdə həyat yoldaşı “hər şeyi mən edirəm, sən heç nə etmirsən” deyib. Həmin vaxt Leyla otaqda qızını ayaqları üzərində yellədərək yatırmaqla məşğul olub. Həyat yoldaşının hərəkətlərindən əsəbiləşərək mətbəxdən götürdüyü bıçaqla onu ürək nahiyəsindən bıçaqlayıb. Bundan sonra etdiyi hərəkətlər barəsində qardaşı Elvinə məlumat verib.
Anar Bəkırov əlavə edib ki, ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr yaranıb. Son vaxtlar narkotik vasitə olan marixuana və metamfetamin qəbul edib. Bu barədə həyat yoldaşı və ailə üzvlərinin məlumatı olub.
Təyin edilən kompleks stasionar məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, Anar Bəkirov cinayət əməlini törədərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmayıb. Onun əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb.
Məhkəmə narkoloji ekspertizasının rəyinə görə, Anar Bəkirovda psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi qərara alıb ki, Anar Bəkirov ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin