37 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlandı

22:32 - 10 Mart 2024

37 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlandı

Martın 10-u saat 17 radələrində Mingəçevir şəhəri ərazisində 1987-ci il təvəllüdlü Aytən Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Manset.az-a  Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Ceyhun Mirzəyevin şəhərin Naxçıvan küçəsi ərazisində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı Aytən Məmmədovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ceyhun Mirzəyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin