Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
13:12 - 14 Oktyabr 2021
SSRİ-nin Xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.
Manset.az xəbər verir ki, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, B. Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub. O, 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1956-cı ildə Odessa Konservatoriyasını bitirib. 1956-cı ildə Odessa Opera və Balet Teatrında səhnəyə çıxıb.
B.Rudenko Sovet tarixi boyunca 27 yaşında SSRİ Xalq artisti adına layiq görülmüş yeganə müğənnidir. O, 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının solisti olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin