Qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR - Cinayət Məcəlləsində yeni maddə
18 Noyabr 2024
12:15 - 14 Oktyabr 2021
Paytaxt sakini “189 Taksi Xidməti”ndən şikayətçidir.
Manset.az-a müraciət edən Mehparə Məmmədova bildirir ki, sözügedən taksi şirkətinin sürücüləri təyin olunan vaxtda ünvana gəlmir.Xanım müştəri əlavə edir ki, bu azmış kimi sürücülər müştərilərlə kobud danışır:
“Mən hər gün nəvəmi məktəbə aparmaq üçün “189 Taksi Xidməti”ndən avtomobil sifariş edirəm. Təəssüf ki, taksilər qeyd olunan vaxtda gəlmir. Bu gün səhər nəvəmi məktəbə aparmaq üçün Şəmsi Bədəlbəyli 102 ünvanından 189 saylı orta məktəbə getmək üçün taksi sifariş etdim. Vaxt intervalı olaraq saat 07:35-07:40 aralığını göstərdim. Lakin taksi qeyd olunan vaxtdan 20 dəqiqə gec gəldi. Nəticədə nəvəm dərsə yarım saatdan çox gecikdi. Sürücü ilə əlaqə saxladıqda mənə müxtəlif bəhanələr gətirdi. Sonra araşdırdım məlium oldu ki, sürücünün dedikləri yalan imiş. Mən Bakı Nəqliyyat Agentliyindən və digər cavabdeh qurumlardan xahiş edirəm ki, “189 Taksi Xidməti2 ilə bağlı tədbir görsünlər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin