Qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR - Cinayət Məcəlləsində yeni maddə
18 Noyabr 2024
11:59 - 14 Oktyabr 2021
Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidovun arzusu həyata keçib.
Manset.az xəbər verir ki, ona oğlunun şəhid olduğu yeri öpmək nəsib olub. Həmin kadrları “Təsir dairəsi” verilişi Qubadlıda lentə alıb.
Arzusuna çatan ata göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Ş. Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş və Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərib. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Ona eyni zamanda müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Vətən müharibəsində iştirakına görə, “Vətən uğrunda” medalı və "Zəfər" ordeni ilə də təltif olunub. Ş. Həmidov doğma yurdu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəman II Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin