Məktəblər bağlanır? - Təhsil Nazirliyindən CAVAB

11:35 - 14 Oktyabr 2021

Məktəblər bağlanır? - Təhsil Nazirliyindən CAVAB

Son zamanlar yoluxma statistikasının artması, eyni zamanda dünən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamilin koronavirusdan vəfat etməsi məktəblərdə qapanmalara gedilməsi ilə bağlı müzakirələrin yaranmasına səbəb olub.

Manset.az xəbər verir ki, məsələ ilə bağlı baku.ws-ə açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov istənilən halda təhlükəli vəziyyətin olmadığını və orta təhsil müəssisələrində təlim-tədris prosesinin davam edəcəyini bildirib. Cəsarət Valehov ötən gün koronavirusdan vəfat edən məktəblinin ölüm xəbərinə də münasibət bildirib:

"Bu yoluxma lokal xarakter daşıyır. Əvvəla, o məktəb şəraitində yoluxma halı deyil. O şagirdin harada yoluxduğu dəqiq bilinmir. Çünki oktyabrın 5-nə qədər məktəbdə olub. Həmin vaxt, o cümlədən ondan sonra da sözügedən sinifdə hər hansı bir yoluxma faktı qeydə alınmayıb. Əgər belə yoluxma halları davam edərsə və çoxalarsa, o zaman məktəb, lokal olduğu zaman isə sinif distant təhsilə keçirilir.

Ümumilikdə isə heç bir təhülkəli və qorxulu hal yoxdur. Biz bu haqda statistika da yaymışıq. Çox cüzi sayda siniflər distant təhsilə keçir”.

Qeyd edək ki, Azərbaycanda bu günədək 241 sinif distant təhsilə keçirilib. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.

Bildirilib ki, Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin