Azərbaycan təmsilçiləri Paris-2024-ü neçə medalla başa vurdular?
8 Sentyabr 2024
17:25 - 7 Mart 2024
Qəzza zolağının cənub-şərqindəki Kerem Əbu Səlim Sərhəd Qapısından İsrail qüvvələri tərəfindən təhvil verilən 47 fələstinlinin cənazəsi kütləvi məzarlığa basdırılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, cəsədlərin bəzilərinin parçalandığı üçün şəxsiyyətini müəyyənləşdirməyin çətin olduğu bildirilib.
Sözügedən fələstinlilərin İsrailin hücumlarında həlak olduğu qeyd olunub.
ABŞ-ın CNN telekanalı peyk görüntülərinin və videolarının təhlili nəticəsində İsrailin HƏMAS-ın əlində saxladığı və öldüyü bildirilən israilli məhbusların orada dəfn edilib-edilmədiyini öyrənmək üçün Qəzzada bir çox qəbiristanlığı dağıddığını açıqlayıb.
İsrail ordusu da "məhbusların cəsədlərini tapmaq üçün" Qəzzada bəzi qəbirlər açdığını və cəsədləri çıxardığını təsdiqləyib.
Qəzzada İsrail qüvvələri tərəfindən bir çox qəbiristanlığın dağıdıldığı, bəzilərində isə cəsədlərin ətrafa səpələndiyini göstərən görüntülər ortaya çıxıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin