Şagirdləri aparan avtobus qəzaya uğradı - Xəsarət alanlar var (FOTOLAR)

00:21 - 14 Oktyabr 2021

Şagirdləri aparan avtobus qəzaya uğradı - Xəsarət alanlar var (FOTOLAR)

Türkiyədə ağır yol qəzası olub.

Manset.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Nevşehirdə qeydə alınıb.

Belə ki, 81 əyalətdən olan şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 39-nun şagird olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım cəlb edilib.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin