Norveçdə naməlum şəxs ox və yayla bir neçə nəfəri öldürdü

23:54 - 13 Oktyabr 2021 - DÜNYA

Norveçin Konqsberq şəhərində naməlum şəxs bir neçə nəfəri öldürüb.

Manşet.az xəbər verir ki, bu barədə “VG” qəzeti polisə istinadən yazıb. Bildirilir ki, cinayətkar şəxs qurbanlarını ox və yayla vurub.

“Bu hadisələr nəticəsində bir neçə yaralı və bir neçə ölən var”, - deyə cənub-şərq polis dairəsinin rəhbəri Eyvind Aas bildirib.

Şübhəli şəxs saxlanılaraq nəzarətə götürülüb. Onun haqqında hələlik başqa məlumat yoxdur. Cinayətkarın təkbaşına hərəkət etdiyi deyilir.


Loading...

Xəbər xətti

17 Oktyabr 2021