Harri Kasparov terrorçu və ekstremist elan olundu

22:40 - 6 Mart 2024

Harri Kasparov terrorçu və ekstremist elan olundu

Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparovun adı Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına daxil edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya mediası xəbər yayıb. Harri Kasparov bundan əvvəl Rusiya Federasiyasında xarici casus kimi tanınmışdı. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi qrossmeysteri fiziki şəxslər - xarici agentlər siyahısına daxil edib. Səbəb kimi siyasi fəaliyyət göstərilib.

Qeyd edək ki, Kasparov 1963-cü ildə Bakı şəhərində dünyaya gəlib. Onun atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir.
O, 1980-ci ildə Bakıda 151 saylı orta məktəbi bitirib. 1990-cı ildə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edib.

Kasparov 1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu olub. 2005-ci ildə o, özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmat karyerasını bitirdiyini açıqlayıb. 2013-cü ilin iyununda Rusiyanı tərk etdiyini açıqlayıb, ABŞ-də yaşayır. ///Musavat.com


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin