Rusiya Zelenskinin avtomobil karvanını hədəf alıb - Raket hücumu

21:26 - 6 Mart 2024

Rusiya Zelenskinin avtomobil karvanını hədəf alıb - Raket hücumu

Ukrayna Prezidenti Vladimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Odessa şəhərinə səfər edərkən Rusiya qüvvələri tərəfindən şəhərə raket hücumu həyata keçirilib.

 

Manset.az  xəbər verir ki, bu barədə Yunanıstanın OEMA nəşri yazıb.

Bildirilib ki, hədəf Zelenskinin avtomobil karvanı olub, ancaq partlayış Baş nazir Mitsotakisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib. Onlardan heç biri xəsarət almayıb.

Odessada keçirilən mətbuat konfransında Zelenski raket hücumu barədə bunları deyib:

"Hələlik bütün təfərrüatları bilmirəm, amma ölənlər var, yaralılar var".

Yunanıstanın Baş naziri isə partlayış səsini eşitdiklərini söyləyib: "Bizə çox yaxın ərazidə partlayış oldu, səsini eşitdik".

Xatırladaq ki, bu gün sosial mediada Zelenskinin öldürüldüyü barədə iddialar yayılmışdı.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin