Abşeronda su kanalında kişi meyiti tapıldı

19:35 - 6 Mart 2024

Abşeronda su kanalında kişi meyiti tapıldı

Martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

 

Manset.az  xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin