Bu ölkə martın 11-də NATO-nun 32-ci üzvü olacaq

17:50 - 6 Mart 2024

Bu ölkə martın 11-də NATO-nun 32-ci üzvü olacaq

NATO-nun qərargahında İsveç bayrağı qaldırılacaq.

 

Manset.az  İsveç mətbuatında yer alan məlumata istinadən xəbər verir ki,  martın 11-də NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahında İsveçin üzvlüklə bağlı rəsmi mərasimi keçiriləcək.

Beləliklə, İsveç Alyansın 32-ci üzvü olacaq.

Macarıstan Milli Assambleyası fevralın 26-da İsveçin NATO-da iştirakını təsdiqlədi və bununla da bütün müttəfiqlər üçün təsdiqləmə prosesi başa çatıb.

Qeyd edək ki, İsveç 2022-ci il mayın 18-də NATO-ya üzvlük üçün müraciət edib.

Jalə

Manşet.az


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin