İnstagram çökdü - Mask ələ saldı

17:38 - 6 Mart 2024

İnstagram çökdü - Mask ələ saldı

Dünən axşam saatlarında məşhur sosial media platformaları olan İnstagram, Facebook və Threads-a daxil olmaq mümkün olmayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, giriş problemindən sonra X şirkətinin rəhbəri İlon Mask rəsmi X hesabından paylaşım edib.

Mask X-i komandirlə, digər platformaları isə əsgərlərlə müqayisə edən yumoristik cizgi filmi şəklini paylaşaraq “Hamınızın niyə burada olduğunuzu bilirik. Əgər siz bu yazını oxuyursunuzsa, bu o deməkdir ki, serverlərimiz işləyir” deyərək digər sosial media platformalarını ələ salıb.

Instagram, Facebook və Threads-da yaranan problemə görə, Meta, bu açıqlamanı verib:

“Facebook-a girişə təsir edən problemdən xəbərdarıq. Mühəndis qruplarımız problemi mümkün qədər tez həll etmək üçün aktiv olaraq işləyirlər".

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin