Ançelottiyə ŞOK: Həbsi tələb olundu

17:46 - 6 Mart 2024

Ançelottiyə ŞOK: Həbsi tələb olundu

İspaniya Prokurorluğu "Real Madrid"in baş məşqçisi Karlo Ançelottiyə vergidən yayınma ittihamı ilə 4 il 9 ay həbs cəzası istəyib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Ançelotti 2014-2015-ci illər arasında Madrid "Real"ının baş məşqçisi olduğu ilk müddətdə xəzinədarlığı 1 milyon avrodan çox aldatmaqda ittiham olunur.

Belə ki, Ançelottinin vergi bəyannaməsinə yalnız onun Madrid meneceri kimi işindən əldə etdiyi mükafat daxildir, imic hüquqlarından əldə olunan gəlir yox.

Məbləğlər isə 2014-cü ildə 386 361 və 2015-ci ildə isə 675 718 avro olaraq qeyd olunur.

Prokurorluq italyan məşqçinin vergidən yayınması səbəbi ilə istintaqa başlayıb. Müxtəxəssisin 4 il 9 ay həbsi cəzası tələb edilir.

Həmçinin bildirilib ki, İspaniyada daha əvvəl vergidən yayınma ittihamı ilə Lionel Messi və Neymar kimi dünyaca məşhur şəxslərə qarşı istintaq başladılıb.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin