Fərid Qayıbov və Taha Ayhan Öhdəlik Protokolu imzaladı
28 Mart 2024
22:40 - 13 Oktyabr 2021
Koronavirusdan vəfat edən Nurlan Ağa (Salamov-red) ilə vida mərasimi keçirilib.
Manşet.az xəbər verir ki, mərasimdə mərhumun tələbə yoldaşları, müəllimləri və media nümayəndələri də iştirak edib.
Gənc alim Abşeron rayonunun Masazır qəsəbəsində dəfn edilib.
Qeyd edək ki, Nurlan Ağa oktyabrın 11-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
BDU-nun Jurnalistika fakültəsinin bakalavr və magistratura pilləsinin məzunu, Ərzurum Atatürk Universitetinin Jurnalistika fakültəsinin doktorantı olan Nurlan Salamov ölkədə və xaricdə yayımlanan onlarla elmi və publisistik məqalənin, "15 iyul" və media", "İkinci Qarabağ Müharibəsi" kitablarının müəllifidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin