Koronavirusa yoluxmaqdan şübhələndikdə ilk bunu edin

21:07 - 13 Oktyabr 2021

Koronavirusa yoluxmaqdan şübhələndikdə ilk bunu edin

 

"Koronavirusa yoluxduğundan şübhələnən insan ilk növbədə test verib, yoluxub-yoluxmadığını dəqiqləşdirməlidir".

Manşet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, bəzi hallarda insanlar yoluxduqlarından şübhələndiyi zaman kompüter tomoqrafiyası (KT) müayinəsindən keçirlər:

"Bu, doğru addım deyil. Çünki əksər hallarda yoluxmanın ilk dövründə virus ağciyərlərə təsir etmir.

İnsanlar isə ağciyərlərə təsirin olmadığını görüb arxayınlaşırlar, lakin sonradan infeksiya ağırlaşmalara səbəb olur. Bu baxımdan ən doğru addım COVID-19 testi verərək virusa yoluxub-yoluxmadığını müəyyənləşdirməkdir”.

(Trend)
 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin