Təlim və sərnişin təyyarəsi havada toqquşdu

16:35 - 5 Mart 2024

Təlim və sərnişin təyyarəsi havada toqquşdu

Keniyanın paytaxtı Nayrobidə təlim və sərnişin təyyarəsi havada toqquşub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Keniya Mülki Aviasiya İdarəsi verdiyi açıqlamada qəzada 2 nəfər həyatını itirib.

Safarilink şirkətindən verilən açıqlamada təyyarədə olan 39 sərnişin və 5 ekipaj üzvünün xilas edildiyi bildirilib.

Qəzanın səbəbi ilə bağlı heç bir açıqlama verilməsə də, hadisə ilə bağlı araşdırma başladılıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin