Qəzzada yetərincə qidalana bilməyən 10 yaşlı uşaq bir dəri, bir sümük halda öldü - FOTO

16:09 - 5 Mart 2024

Qəzzada yetərincə qidalana bilməyən 10 yaşlı uşaq bir dəri, bir sümük halda öldü - FOTO

İsrail ordusunun blokada altında saxladığı Qəzzada Yezen əl-Kefar adlı 10 yaşlı fələstinli oğlan qida çatışmazlığı səbəbindən həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, doğuşdan bəri udma çətinliyi və həzm pozğunluğu səbəbiylə yumurta, banan kimi yumşaq qidalar yeyən Yezenin sağlamlıq vəziyyəti İsrailin Qəzzaya hücumundan sonra pisləşib.

Xüsusi qayğıya ehtiyacı olan Yezen Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki Əbu Yusuf ən-Nəccar xəstəxanasında 10 gün müddətində gündən-günə əriyib, dəri və sümük qalıb.

Yezenin atası Şerif əl-Kefar, hücumlardan sonra əvvəlcə Cibaliya Qaçqınlar Düşərgəsinə, oradan Deyr əl-Belaha, oradan da Rəfaha köçdüklərini bildirib.

Müharibədən əvvəl oğlu Yezenin qayğısına və müalicəsinə xüsusi qayğı ilə yanaşdığını deyən ata, "Hücumlar və qidalanmaması nəticəsində oğlumun səhhəti pisləşdi. Xəstəxanaya köçürdük və sağ qalmağa çalışdı”. Qəzzada hər gün uşaqların aclıqdan öldüyünü bildirən ata Kefar dünyaya "Bizi görün, Qəzzada uşaqların vəziyyətini görün!" -deyə səslənib.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin