Şeytana sitayiş etdiyini deyən gənc valideynlərini vəhşicəsinə qətlə yetirdi

15:25 - 5 Mart 2024

Şeytana sitayiş etdiyini deyən gənc valideynlərini vəhşicəsinə qətlə yetirdi

Polşada özünə "Şeytanın kuklası" ləqəbini verən və şeytana sitayiş etdiyini deyən gənc valideynlərini vəhşicəsinə qətlə yetirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Klaudia V. adlı gənc qadın Polşanın Ostroda şəhəri yaxınlığında ana və atasını pala ilə öldürüb.

Gənc qadını saxlayan polis rəis müavini Michal Przybylek "Qadın polis bölməsinə gələrək təslim olub. Polis əməkdaşlarına müqavimət göstərməyib” deyib. Vəkillər və prokurorlarla məntiqi dialoqu olmayan qadının psixi qeyri-sabit olduğu, reallıqdan qopduğu açıqlanıb.

Beləki, polis gənc qadının evinə daxil olanda onun 57 yaşlı atası Adam və 49 yaşlı anası Dorotanın cansız bədənlərini qan içində görüblər. Klaudiyanın valideynlərinin cəsədlərini əvvəlcə yandırmağa çalışdığı, lakin bacara bilmədiyi üçün atasının maşını ilə qaçmağa çalışdığı öyrənilib. Daha sonra avtomobili idarə edə bilməyən qadın evdən uzaqlaşıb.

Yerli mediaya danışan dostları Klaudiyanın dərslərinin çox yaxşı olduğunu və onun hər zaman diqqət mərkəzində olduğunu bildiriblər. Modellik və aktyorluqla məşğul olmağa çalışan gəncin sosial şəbəkədə şöhrət dalınca getdiyi qeyd olunub.

Bildirilib ki, bir müddət doğma şəhərinə qayıdan gənc tamamilə dəyişib. Dostları onun geri dönəndə dəyişdiyini, cinsəlliyə daha çox önəm verdiyini və şeytana sitayiş etdiyini söyləyib. Gəncin narkotik qəbul etdiyi və narkotik istifadəçiləri ilə birlikdə gəzməyə başladığı vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin