Təyyarə yol kənarına çırpılıb alovlandı - 5 nəfər öldü

14:30 - 5 Mart 2024

Təyyarə yol kənarına çırpılıb alovlandı - 5 nəfər öldü

ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində kiçik tək mühərrikli təyyarə İ-40 magistralının kənarına düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanan təyyarədə olan 5 nəfər həlak olub.

Əraziyə polis, təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Açıqlamada bazar ertəsi saat 19:40 radələrində mühərrik və elektrik nasazlığı barədə məlumat verildikdən sonra təyyarənin John C. Tune hava limanına təcili eniş icazəsi alması, lakin uçuş-enmə zolağına çata bilməyərək qəzaya uğraması qeyd olunub.

Təyyarənin uçuş nöqtəsi hələlik məlum deyil.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin