Rusiyanın alman zabitlərinin səs yazısını paylaşması Almaniya gündəmində

14:11 - 5 Mart 2024

Rusiyanın alman zabitlərinin səs yazısını paylaşması Almaniya gündəmində

Alman zabitlərinin Ukraynanı dəstəkləmək barədə öz aralarında danışdıqları səs yazısının Rusiyada yayımlanmasından sonra sözügedən səs yazısı Almaniyanın gündəmini silkələyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, alman mediası öz oxucularına telefon dinləməsi məsələsini geniş şəkildə elan etməyə və  bunun necə mümkün olduğu barədə də düşünməyə davam edirlər.

Bəzi qəzetlər bu məsələni “dinləmə qalmaqalı” adlandırsa da, bəzi media qurumları bunu “telsiz dinləmə işi” kimi qiymətləndirir.

“Die Welt” qəzetindəki xəbərdə Rusiya kəşfiyyat orqanlarının alman zabitləri arasında gizli söhbəti dinləməsinin utancverici olduğu bildirilib. Xəbərdə Almaniya Müdafiə Nazirliyinin hər hansı bir təhlükəsizlik açığı olub-olmadığını araşdırmalı olduğu vurğulanıb. “Vladimir Putinin boş atəşi” başlıqlı xəbərdə Rusiyanın telefon dinləmələrinin yayımlanması ilə Almaniyaya qarşı sözün əsl mənasında boş tüfənglə atəş açdığı qeyd edilib.

“Bild” qəzeti “Ruslar alman zabitlərini dinləyir” başlıqlı xəbərində Almaniya Silahlı Qüvvələrinin “dinləmə” problemi olduğunu, NATO tərəfdaşları və təhlükəsizlik dairələrinin bu səbəbdən narahat olduğunu vurğulayıb.

Xatırladaq ki, Russia Today (RT) kanalının baş redaktoru Marqarita Simonyan alman zabitlərinin 30 dəqiqəlik audio yazısını dərc etmişdi. Səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri siyasi bir qərar olduğu halda “Taurus” raketlərinin necə göndərilə biləcəyini, həmçinin, Almaniyanın kəşfiyyatı və texniki dəstəyi olmadan Ukrayna tərəfindən istifadə oluna biləcəyini müzakirə edirdilər. Səsyazıda “Taurus” raketlərinin Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krım yarımadasında inşa etdiyi Krım körpüsünü texniki cəhətdən məhv edə biləcəyi ilə bağlı müzakirələr də yer almışdı.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin