Qubada torpaq sürüşməsi baş verib, 10 ailə köçürüldü

20:46 - 13 Oktyabr 2021

Qubada torpaq sürüşməsi baş verib, 10 ailə köçürüldü

Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb. Əlli hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

Manşet.az xəbər verir ki, hadisə yerinə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən naryad təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin