İsveçrədə təqaüdçülərin referendumda qələbəsi

11:29 - 5 Mart 2024

İsveçrədə təqaüdçülərin referendumda qələbəsi

İsveçrədə “Qocalıqda yaxşı həyat üçün” təşəbbüsü ilə keçirilən referendumda təqaüdçüləri sevindirəcək qərarlar qəbul olunub. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təqaüdçülər üçün ildə 13 maaşın tənzimlənməsi və pensiya yaşının 66-ya qaldırılması üçün referendum nəticəsində 13-cü maaşa “Hə”, yaşın 66-ya qaldırılmasına isə “Xeyr” cavabı verilib.

Təqaüdçülər həmkarlar ittifaqı Avivio səsverməni tarixi bir hadisə kimi qiymətləndirib.

Beləliklə, 2026-cı ildən pensiyaçılar da ölkədə işləyən bir çox insanlar kimi ildə bir maaş olavə olaraq ala biləcəklər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin