Kaçinski vəzifəsindən gedir

20:36 - 13 Oktyabr 2021

Kaçinski vəzifəsindən gedir

Polşanın hakim “Qanun və ədalət” partiyasının lideri Yaroslav Kaçinski Baş nazirin müavini postundan getməyə hazırlaşır.

Manşet.az xəbər verir ki, bu barədə “PAP” agentliyi məlumat yayıb. Kaçinskinin bu qərarı partiya üzərində nəzarəti artırmaqla əlaqədar atılıb. Belə ki, vəzifəsi səbəbindən siyasətçi partiya qərargahına yalnız həftədə bir dəfə gedə bilib ki, bunu da yetərsiz hesab edir.

Eyni zamanda, Kaçinski hakim partiyadan olan deputatlarla görüşdə partiyaya dəstəyi gücləndirmək üçün onları sosial şəbəkələrdə aktivliyi artırmağa çağırıb.

 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin