Bu ölkə abort hüququnu konstitusiyasına daxil edən ilk ölkə oldu

10:33 - 5 Mart 2024

Bu ölkə abort hüququnu konstitusiyasına daxil edən ilk ölkə oldu

Fransa 2008-ci ildən bəri konstitusiyaya edilən ilk düzəlişlə abort hüququnu konstitusiyasına daxil edən ilk ölkə olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, abort hüquqları ilə bağlı qanun layihəsi Konqresdə 72 əleyhinə 780 səslə təsdiqlənib.

Fransa prezidenti Emmanuel Makron sosial media hesabındakı paylaşımında Konqresdə təsdiqlənən abort hüququnun konstitusiya ilə müdafiəsini təmin edən qanun layihəsini Fransanın “qüruru” və “ümumbəşəri mesaj” kimi qiymətləndirib.

Həmçinin, “8 Mart Beynəlxalq Qadınlar Günündə yeni bir azadlığın konstitusiya təminatı almasını” qeyd etmək istədiyini bildirib.

Baş nazir Qabriel Attal da qanunun qəbulu ilə "Fransa dünyaya tarixi mesaj verdi" deyərək vurğulayıb. O, qadınların da öz bədənləri üzərində söz sahibi olmaq hüququna malik olduğu mesajını verib.

Qanun qəbul edildikdən sonra paytaxtın simvollarından biri olan Eyfel qülləsinin üzərinə “Mənim bədənim, mənim seçimim” yazısı proyeksiya edilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin