ABŞ Ali Məhkəməsi Trampla bağlı qərar qəbul etdi

10:13 - 5 Mart 2024

ABŞ Ali Məhkəməsi Trampla bağlı qərar qəbul etdi

ABŞ Ali Məhkəməsi sabiq prezident Donald Trampın sabah Kolorado ştatında keçiriləcək Respublikaçılar Partiyasının praymerizində iştirak edə biləcəyi barədə qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Ali Məhkəməsi Kolorado Ali Məhkəməsinin Trampın adının səsvermə bülletenindən çıxarılmasına dair qərarını ləğv edib.

Məhkəmə Kolorado Ali Məhkəməsinin Konstitusiyanın 14-cü maddəsinə əsaslanaraq səhv qərar verdiyini bildirib və 14-cü maddənin necə həyata keçiriləcəyi ilə bağlı qaydaları ştatların deyil, Konqresin təyin etməsinin aydın olduğunu vurğulayıb.

Məhkəmənin yekdilliklə qəbul etdiyi qərarda, “Əyalətlərin, əyalət vəzifələrində çalışan və ya tutmağa cəhd edən şəxsləri diskvalifikasiya edə bilcəyi nəticəsinə gəlirik. Lakin ştatların Konstitusiyaya əsasən federal ofislərə, xüsusən də prezidentin ofisinə münasibətdə 3-cü Bölməni tətbiq etmək səlahiyyəti yoxdur" deyilib.

Qərardan bir neçə dəqiqə sonra sosial media hesabından açıqlama verən Tramp "Amerika üçün böyük qələbə!!!" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin