ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşı Qüdsdə ölü tapıldı

00:00 - 5 Mart 2024

ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşı Qüdsdə ölü tapıldı

ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşı Qüdsdə ölü tapılıb.

 

Manset.az xarici mediaya istinadən bildirir ki, səfirliyin sözçüsü əməkdaşın öldüyünü təsdiqləsə də hadisə ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

Sözçü həyatını itirən şəxsin ABŞ səfiri Cek Lyu olmadığını diqqətə çatdırıb. O, "hər hansı bir pis niyyətli hərəkətdən şübhələnmədiklərini" dilə gətirib.

İsrail mətbuatında çıxan xəbərlərdə səfirlik əməkdaşının Qüdsdə bir mənzildə ölü tapıldığı qeyd olunub. ///Publika.az


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin