Kalın ABŞ-yə gedir - Qafqazı da müzakirə edəcək

21:15 - 4 Mart 2024

Kalın ABŞ-yə gedir - Qafqazı da müzakirə edəcək

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ABŞ-a səfər edib.

 

Manset.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

O, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək.

Kalın Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşlər keçirəcək.

O, Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə danışıqlar aparacaq.

Qafqazdakı vəziyyət, həmçinin Ukrayna müharibəsi də müzakirə mövzusu olacaq.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin