Baş Prokurorluq nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yaydı

19:50 - 13 Oktyabr 2021

Baş Prokurorluq nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yaydı

Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.

 Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

Manşet.az xəbər verir ki, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin