Gələn il ölkəyə koronavirus əleyhinə nə qədər vaksin gətiriləcək?

18:27 - 13 Oktyabr 2021

Gələn il ölkəyə koronavirus əleyhinə nə qədər vaksin gətiriləcək?

Gələn il COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin ölkəyə gətirilməsi nəzərdə tutulur.

Manşet.az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin (dərman vasitəsi) gətirilib. Bu da ümumi alınmış peyvəndlərin 80%-ni təşkil edir. 
Qeyd edək ki, indiyə qədər ölkəyə 453 600 doza "AztraZeneca” vaksini gətirilib. Humanitar yardım kimi 170 000 doza "AstraZeneca” vaksini Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana göndərilib. 

Ümumilikdə Azərbaycana 13 milyon vaksin dozanın idxalı nəzərdə tutulub. İndiyə qədər ölkəyə 12 169 030 doza "CoronaVac” dərman vasitəsi gətirilib. 

Onu da əlavə edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dərman vasitəsinin idxalı barədə” 11 mart 2021-ci il tarixli Sərəncamına əsasən Agentlik ilə Rusiya Federasiyasının "HUMAN VACCINE” MMC şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə uyğun olaraq 300 000 doza "Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub. İndiyə qədər Azərbaycana 200 000 doza "Sputnik V” dərman vasitəsi gətirilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin