Seyfəli poliqonunda baş verən partlayışların səbəbi açıqlandı

15:50 - 13 Oktyabr 2021

Seyfəli poliqonunda baş verən partlayışların səbəbi açıqlandı

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin