“Qarabağ”da ciddi itki - "Lion”la matçda olmayacaq
21 Noyabr 2024
17:00 - 23 Fevral 2024
Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından əsaslı surətdə asılıdır. Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə artıq özünü təsdiqləyib.
Mövzu ilə bağlı fikirlərini Manset.az ilə bölüşən İqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatında maarifləndirmə problemləri var. Əsas olan daxili bazarı gücləndirmək, daxili bazarı inkişaf etdirmək və daxili bazarı sevməkdir.
Zahid Məmmədovun sözlərinə görə, dünyada bu gün ideya əsasdır, lakin bizim bazarda kreativ və fərqli yanaşma yoxdur:
“Biz 30 ildir artıq bazar iqtisadiyyatına keçidi elan etmişiq. İlk gündən yüksək dairələrdə sahibkarlığın fəaliyyətinin dəstəklənməsi ilə əlaqədar müasir qanunlar qəbul edilib. Həmçinin, bununla bağlı fondlar fəaliyyət göstərir. Sahibkaralara ucuz kreditlərin verilməsi ilə bağlı sahibkarlıq fondu və bir neçə il bundan qabaq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qurulub. Yəni atılan addımlar çoxdur. İndi isə əsas məsələ atılan addımların nəticəsi haqqında lazımlı hazırlıq işləri görməkdir. Əldə etdiyimiz nəticələri və hazırda hansı problemlərin olduğunu bilməliyik. Hesab edirəm ki, bununla bağlı ən güclü addım gənclərin inkişafını təmin etmək və universitetlərin fəaliyyətini gücləndirməkdir. "Qonşu etdi, mən də edim" fikrindən uzaqlaşmaq lazımdır. Bazar iqtisadiyyatı elədir ki, burada qanunlar çərçivəsində “buraxın istehsal etsin” məsələsi var. Bəzən çox üzülürəm. Çünki bəzi sahibkarlar deyirlər ki, mən bu kənd təsərrüfatı məhsulunu xarici ölkə üçün istehsal edirəm. Sən öncə Azərbaycanda, daxili bazarda o məhsulu formalaşdır və bazara gir. Əsas markanı ölkədə tanıtdır. Çünki riskləri də nəzərə almaq lazımdır. Əgər yüzdə yüz xarici bazara fokuslansan sabah orda baş verən hadisələrdən dolayı bütün biznesini itirə bilərsən”.
Professor qeyd edib ki, sahibkar daim özünü inkişaf etdirməli və təkliflər irəli sürməlidir:
“İndiyədək Amerikada, İngiltərədə, Türkiyədə çox sahibkarlara təkliflər etmişəm. Ən pis sahibkar belə öz problemi ilə bağlı tədqiqat aparır. Apardığı tədqiqatın nəticələrini aidiyyatı qurumlara təqdim edir. Dəfələrlə sahibkarlara bununla bağlı gəlin bir az iş görək, tədqiqat aparaq demişəm. Təəssüf ki, verdiyimiz təkliflərə qarşılıq olaraq sadəcə təşəkkür edilir və məsələ ilə bağlı addım atılmır. Hər şeyi dövlətdən gözləmək düzgün deyil. Dövlətin də gedən proseslərlə bağlı əlinin altında alternativ tədqiqatlar olmalıdır. Xaricdə minlərlə sahibkarlıq birlikləri var. Mebeldən tutmuş kitab satışına qədər müxtəlif birlikləri nümunə çəkə bilərəm. Dəfələrlə təklif etdim ki, gəlin sahibkarlığın problemləri və onun həlli yoları ilə bağlı elmi jurnal buraxaq. Deyirlər nəyimizə lazımdır? Lazımdır əlbəttə. Ölkənin inkişafı üçün lazımdır. Qazandığın pulun bir qismini mütləq tədqiqata ayrımalısan. Bu sahənin inkişafına bilikli və qabiliyyətli adamlar yığmalısan. Sahibkar meneceri axtarmalıdır, menecer sahibkarı deyil. Menecer özünü gedib sahibkara təqdim etməməlidir. Elə sahibkarlar tanıyıram heç bir təklifi yoxdur. Ele sadə şeylər var ki, çoxunun yetəri qədər sahibkarlıq bacarıqları belə yoxdur. Mən bilmirəm onlar pulu necə qazanır. Bununla bağlı işləmək lazımdır. Bu yaxınlarda Sankt-Peterburqda oldum. Orda Azərbaycanlıların Sankt-Peterburqdakı diaspor təşkilatının rəhbəri Vaqif Məmişov iş adamlarını topladı. Məni dəvət etmişdilər. Getdim orda çıxış etdim. Onların problemlərinin həllini müzakirə etdik. Hazırlanmış layihəni, həmçinin, idxal-ixrac və azərbaycanlı iş adamlarının yaşadığı digər problemlər ilə bağlı qubernatora müraciət edildi. Lakin mən bu gün təklif edirəm ki, ay yoldaşlar, gəlin mən sizə dollarlaşmadan, böhrandan danışım, heç kim maraqlanmır. Ancaq şou-şou. Sahibkar şou ilə məşğul olmur, elmlə məşğul olur”.
Zahid Məmmədov vurğulayıb ki, sahibkarlıqda əsas göstərici etikadır, inamdır, müştəriyə sayğı mühümdür. Bu həddindən çox vacibdir:
“Bu gün dünyada ən bahalı ərzaq məhsulları ekoloji təmiz məhsullardır ki, bunun üçün Qarabağda bütün imkanlar var. Təmiz bulaq suyu, təmiz torpaqlar. Bunun üçün bir çox təkliflər etmişəm. Cənab Prezident də elan etdi ki, Azərbaycan Türk dünyası və İslam ölkələri ilə əlaqələrin daha da güclənməsi haqqında prioritetlər müəyyən edib. Bu ölkələrlə əlaqələrimizin genişlənməsi istiqamətində işlər gedir. Hazırda təmiz ekoloji məhsul və halal turizm en güclü gəlir gətirən sahələrdən biridir. Bunlar yeni sahələrdir. Qarabağda moda və tekstil sənayesi güclü inkişaf edə bilər. Qarabağda güclü universitetlər yaradılması və güclü tələbələrin cəlb edilməsi ilə Yaxın Şərq ölkələri və Qafqazın ən böyük universitetini yarada bilərik. Sahibkarlığın inkişafından söhbət gedirsə universiretlərin yerləşdirilməsi orada dinamizmi artıracaq, iqtisadi hərəkətliliyi gücləndirəcək. Ona görə universitetlərin güclənməsi xüsusilə vacibdir. Qarabağda inşaat sektoru və ictimai iaşə mərkəzləri gün keçdikcə daha da inkişaf edəcək. Azərbaycanda olan imkanlar inanmıram ki, başqa ölkələrdə olsun. Sadəcə olaraq bu imkanları genişləndirmək və inkişaf etdirmək lazımdır. Xüsusilə Qarabağın fərqli yeməkləri bu sahədə önəmli rol oynaya bilər. Məsələn, Londonda Türk kulinariyasının gəliri milyardları aşır. Azərbaycanın da elə imkanları var. Azərbaycanda məhsulda problem yarandıqda sahibkara deyirsən ki, mən bunu almışam amma işləmir və beləliklə, nə qədər problemlərlə üzəşirsən. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. Qarşılıqlı inam və güvən hər şeydir. Bu sahibkarlıqda birinci göstərici olmalıdır. Məsələn, bir nümunə deyim. Evdə təmirlə bağlı bir ehtiyacım vardı. Bir gənc iş adamına müraciət etdim. Şirkəti yeni idi. Hətta o mənə dedi ki, o qədər inkişaf etmiş şirkətlər var idi, siz mənə niyə sahib çıxdız? Dedim ki, onlar artıq ad qazanıb. Fikirləşdim ki, sən də inkişaf edəsən. İstədim sənə dəstək olum. Sən bu təmiri elə, hamı sənin işini görsün. Hər kəsə göstər ki, mən bu işi görmüşəm. Lakin o, məni aldatdı. Heç bir sözünə əməl etmədi. O, həm mənim vaxtımı, həm də vəsaitimi yalanlarla aldı”.
Əfsanə Rəcəb
6.3.12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin