Siyasi varislik missiyasını ləyaqətlə yerinə yetirən LİDER

15:30 - 13 Oktyabr 2021 - SİYASƏT

Bu gün biz müstəqil, güclü və qüdrətli, qalib Azərbaycan haqqında bəhs ediriksə, fikirlərimizi bölüşürüksə, bu reallıqların hər birində ulu öndər Heydər Əliyev imzasını görmüş oluruq. Məhz bu şərəfli missiya keçmişimizi özümüzə qaytardı, bu günümüzün uğur reallığını sübuta yetirdi və sabahımızın növbəti qələbələrinin müjdəsini xalqımıza nəsib etdi O da əbəs deyil ki, Azərbaycan xalqının müzəffər Sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev cənabları bilavasitə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçı, varisi olaraq hər bir vətənsevər azərbaycanlının qəlbində özünəməxsus yerə sahibdir. Və fakt budur ki, Heydər Əlirza oğlu Əliyev Azərbaycanı öz xilaskarlıq missiyası ilə daxili və xarici düşmənlərdən qorudu, xilas etdi, Onun siyasi varisi İlham Əliyev bu tarixi İkinci Qarabağ müharibəsində qələbə, zəfər müjdəsi ilə davam etdirdi.

30 il işğalçı Ermənistanın tapdağı altında qalan Qarabağ torpaqlarımız 44 günlük zəfər yürüşündə işğaldan azad edildi. Xilaskarlıqdan qalibiyyətə! Məhz bu şərəfli missiya bizi bir xalq, millət olaraq birləşdirdi bu günümüzün uğur reallığını sübuta yetirdi və sabahımızın növbəti qələbələrinin müjdəsini xalqımıza nəsib etdi. Artıq onu da əminliklə vurğulaya bilərik ki, gələcək nəsillərimizin daha parlaq və qüdrətli bir dövlətdə yaşayacağına heç kim şübhə etməsin, çünki bunu cənab Ali Baş Komandanımız müraciətlərində dəfələrlə və qətiyyətlə vurğulayıb! Ona olan inam və ümid özünü bütün cəhətlərdən doğrultdu. Xalq öz liderinin, Müzəffər Sərkərdəsinin ətrafındadır! Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, onun ruhu qarşısında baş əyməsi və həmin an qəlbində keçirdiyi xoşbəxtlik və qürur hislərini

xalqımızla bölüşməsi, ata vəsiyyətini ləyaqət və şərəflə yerinə yetirməsini söyləməsi həqiqi xilaskar və qalib sərkərdəyə layiq anlar idi. Biz, bu tarixin və qürurlu anların canlı şahidləri olaraq özümüzü ən xoşbəxt və ən qürurlu nəsil hesab edə bilərik. Hələ 17 il əvvəl - xilaskarlıq missiyasından qələbə salnaməsinə keçilən dövrün yeni tarixi yazılmışdı. 2003-cü ildən böyük ümid və inamla xalqımızın arzusu və seçimi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin siması və siyasətində davam etdi. Olduqca məsuliyyətli və strateji hədəflərlə, məqsədyönlü konsepsiya və dövlətçilik quruluşu ilə başlanan uğurlu siyasət, Heydər Əliyev siyasi kursuna sadiqliklə bütün daxili və xarici siyasətin tam mərkəzində Azərbaycanın əbədi və əzəli torpaqlarının düşmən tapdağından azad olunması idi. Xilaskarlıq salnaməmizin müəllifləri ulu öndər Heydər Əliyev, qətiyyətli lider İlham Əliyev - gələcək nəsillərimizə danışacağımız ən dəyərli uğur hekayəmizdir!

Məleykə Ağayeva,

YAP Sabirabad rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən


Loading...

Xəbər xətti

17 Oktyabr 2021