Gəncədə ardıcıl partlayış səsləri ilə bağlı rəsmi açıqlama

15:17 - 13 Oktyabr 2021 - HADİSƏ

Gəncədə yayılan partlayış səsi "Seyfəli” poliqonundan gəlib.

Manset.az  xəbər verir ki, bu barədə Axar.az-a Gəncə şəhər Baş Polis İdarəsinin sahə rəisi, polis mayoru Azər Əsədov deyib.

"Hazırda "Seyfəli” poliqonunda təlimlər gedir. Şəhərdə partlayış olması ilə bağlı yayılan xəbər şayiədir. Gəncədə və ətraf ərazilərdə eşidilən səslər poliqondan gəlir”, - polis mayoru deyib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində iki dəfə partlayış səsi eşidilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.


Loading...

Xəbər xətti

17 Oktyabr 2021