Prezident sərəncam imzaladı

15:03 - 13 Oktyabr 2021

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Manset.az  xəbər verir ki, Sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin