Sinqapurda keçmiş nişanlısını oteldə boğaraq öldürən şəxs edam edildi

10:06 - 29 Fevral 2024

Sinqapurda keçmiş nişanlısını oteldə boğaraq öldürən şəxs edam edildi

Sinqapurda 2019-cu ildən bəri ilk ölüm hökmü icra edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sinqapurda keçmiş nişanlısını otel otağında boğaraq öldürən 35 yaşlı Əhməd Səlim edam edilib.

Sinqapur Polis Gücündən (SPF) verilən açıqlamada, Əhməd Səlimin 2018-ci ildə keçmiş nişanlısını otel otağında boğaraq öldürdüyü üçün 2020-ci ildə məhkəmə tərəfindən edam cəzasına məhkum edildiyi bildirilib.

Məhkəmənin qərarından sonra prezidentə xüsusi amnistiya üçün müraciət edən Səlimə rədd cavabı verilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin