Fransa Prezidenti Emmanuel Makron Yelisey Sarayında keçirdiyi mətbuat konfransında ölkəsinin 2030-cu il üçün nəzərdə tutulan planını açıqlayıb.
Manset.az xəbər verir ki, Makron Fransanın və dünyanın üzləşdiyi ən böyük problemlərin iqlim, ətraf, bərabərsizlik və demoqrafik dəyişikliklər olduğunu bildirib.
O, 2030-cu ilə qədər həyata keçirmək istədikləri planın bu problemlərin həll üçün nəzərdə tutulduğunu vurğulayıb.
Makron 2030-cu ilə qədər sənaye, texnologiya, nüvə və səhiyyə kimi sahələrə 30 milyard avro sərmayə qoyacaqlarını açıqlayıb.
modern.az