Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
21:19 - 12 Oktyabr 2021
Küveyt Müdafiə Nazirliyi qadınların orduda xidmət etməsinə icazə verib.
Manşet.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qərar imzalayıb.
Nazir bildirib ki, vüveytli qadınlar bütün sahələrdə, ölkənin keçdiyi ən çətin şərtlərdə və dövrlərdə kişilərlə bərabər hüquqlu olduqlarını sübut edib.
"Buna görə onlara Küveyt Ordusunda xidmət etmə imkanı verməyin vaxtı gəlib" - deyə nazir qeyd edib.
Qeyd olunur ki, erkən mərhələlərdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin