"Mən sizdən ötrü üzüyümü çıxartmalıyam?" - Aysun

20:50 - 24 Fevral 2024

Aysun İsmayılova sosial media hesabında həyat yoldaşı ilə bağlı açıqlama verib.

 

Manset.az AZXEBER.COM-a istiadən xəbər verir ki, müğənni həyat yoldaşının üzünü göstərməməsinin səbəbini açıqlayıb.

"Ona görə göstərmirəm ki, o boş bekar insan deyil. Bu mənim şəxsi həyatımdır. Evləndiyimizi də 2 ay sonra məcbur qaldım açıqladım çünki çox soruşurdunuz. Uzun burnunuzu başqasının həyatına soxmayın, başınızı özünüzə qatın. Niyə sizə bu qədər maraqlıdır başqasının şəxsi həyatı, əri, uşağı? Allah başınızı özünüzə qatsın".

Daha sonra sənətçi bahalı üzüyünü reklam etməsi ilə bağlı yayılan dedi-qodulara cavab verib:

"Bu mənim evlilik üzüyümdür, hər zaman da barmağımda olacaq. Yatanda, duranda, geyimimə aid olmasa belə, barmağımdadır. Mən sizdən ötrü üzüyümü çıxartmalıyam?" - deyə Aysun bildirib.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin