Qubada 46 yaşlı kişini "tok" vuraraq öldürdü

13:56 - 23 İyun 2021

Qubada 46 yaşlı kişini

Quba rayonunda 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Manset.az xəbər verir ki, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahir Mustafaqulu oğlu Turabov həyətyanı sahəsindəki su mühərrikini təmir etmək istəyib. Bu zaman onu elektrik cərəyanı vurub.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin