Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
18:30 - 12 Oktyabr 2021
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelidən koronavirusla bağlı götürülmüş növbəti testin nəticəsi bəlli olub.
Manşet.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun anası Elnurə Emreli məlumat verib. Onun sözlərinə görə, forvardın 3-cü analizinin cavabı da mənfi çıxıb.
M.Emrelinin 2-ci testi də neqativ olub.
Qeyd edək ki, AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək Azərbaycan - Serbiya oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin