Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, qəsəbənin nümayəndəsi, tanınmış alim, televiziyaların eksperti, professor Təvəkkül Səlimov bir müddət bundan əvvəl yaşla əlaqədar olaraq müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə qəsəbənin nümayəndəsi vəzifəsinə Tərlan Dadaşov təyin olunub.
Bildirək ki, nümayəndəlik yarandığı gündən, 1990-cı ildən gündən bu günə qədər (33 il) Şağan qəsəbəsinin icra nümayəndəsi Təvəkkül Səlimov olub.
Qeyd edək ki, Təvəkkül Səlimov tanınmış televiziya ekspertidir. O, uzun illər “Ailələr və Talelər”, “Səni Axtarıram” və bir sıra önəmli ictimai-siyasi televiziya proqramlarının eksperti olub. Təvəkkül Səlimov hazırda Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədridir.
Manşet.az