Prezident Baş katiblə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
16:11 - 12 Oktyabr 2021
Həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədov barəsində çıxarılan hökmdən narazıdır.
Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Bəylər Məmişov məlumat verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzası alan F.Əhmədov apellyasiya şikayəti verəcək. Vəkili yaxın günlərdə bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini əlavə edib.
Qeyd edək ki, Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən F. Əhmədov 2021-ci il mayın 30-da Nardaran qəsəbəsi, “Ləhiş bağları”nda birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürmüşdü.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin