"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
12:21 - 12 Oktyabr 2021
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino və Televiziya fakultəsində Operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Manset.az-a bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, ailəsinin sosial-maddi durumu qənaətbəxş olmayan 4-cü kurs tələbəsi Mirzə Hüseynov layiq görülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin