Məşhur xalq artisti bu tələbəyə hər ay pul ödəyəcək - ƏMR

12:21 - 12 Oktyabr 2021

Məşhur xalq artisti bu tələbəyə hər ay pul ödəyəcək - ƏMR

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino və Televiziya fakultəsində Operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Manset.az-a bildirib ki, görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, ailəsinin sosial-maddi durumu qənaətbəxş olmayan 4-cü kurs tələbəsi Mirzə Hüseynov layiq görülüb.



Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin