Nazirdən əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR
19 Noyabr 2024
12:18 - 12 Oktyabr 2021
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi polis əməkdaşları ilə sürücü arasında yaranan insidentə münasibət bildirib.
İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Manset.az-a bildirib ki, hadisə paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində qeydə alınıb.
N.Piriyevin sözlərinə görə, hazırda araşdırma aparılır: “Videogörüntülərin çəkildiyi ərazidə yol-nəqliyyat hadisəsi olub. Elvin Rüstəmovun idarə etdiyi "Opel" markalı 10-UL-419 dövlət nişanlı avtomobil 4 maşını əzilib. Yol Patrul Xidməti əməkdaşları isə hadisənin araşdırılması məqsədi ilə qəza törədən şəxsi şöbəyə aparmağa çalışıb. Bu zaman sürücü polis əməkdaşlarına tabesizlik göstərib. Həmin zaman sürücüyə heç bir zor tətbiq edilməyib. Daha sonra sürücü saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparılıb. Eyni zamanda sürücü sərxoş olub və barəsində protokol tərtib edilib. Elvin Rüstəmovun barəsində toplanmış materiallar məhkəməyə göndərilib".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin