Bakının Xəzər rayonunda, Mərdəkan dairəsi yaxınlığında, Şağan istiqamətində yol kənarında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Manset.az-a bildirilib ki, yanğın iaşə obyektində qeydə alınıb.
"Hazırda əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğın söndürülüb", - nazirlikdən vurğulanıb.
Qeyd edək ki, həmin ərazidə yollarda sürət bütün zolaqlar üzrə 60 km/saata endirilib.